Xəbər axtarın

Son axtarış nəticələri:

"Brent" neftinin qiyməti düşdü

15.06.2026 12:01

"Brent" neftinin qiyməti düşdü

Qlobal enerji bazarlarında neftin qiyməti Yaxın Şərqdə gərginliyin azalacağına dair gözləntilər fonunda eniş nümayiş etdirib.

Primeinfo.az xəbər verir ki, Londonun “ICE” birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti əvvəlki ticarət sessiyası ilə müqayisədə 4,03 dollar və ya 4,61 faiz azalaraq bir barel üçün 83,30 dollara düşüb.

ABŞ-ın “Nymex” birjasında isə WTI markalı neftin iyul fyuçersləri 4,32 dollar və ya 5,09 faiz ucuzlaşaraq 80,56 dollar/barel səviyyəsində qərarlaşıb.

Ekspertlər qiymət enişini Yaxın Şərqdə vəziyyətin nisbətən sabitləşəcəyi ilə bağlı gözləntilər və bazar iştirakçılarının risk amillərini yenidən qiymətləndirməsi ilə əlaqələndirirlər.

Qeyd edək ki, son günlər regionda baş verən hadisələr səbəbindən neft qiymətlərində kəskin artım müşahidə olunmuşdu. Hazırda isə geosiyasi risklərin azalması enerji bazarlarında satışların güclənməsinə səbəb olub.

Paylaş: