Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanda bu il hasil olunan qaz kondensatının HƏCMİ

04.08.2026 17:09

Azərbaycanda bu il hasil olunan qaz kondensatının HƏCMİ

Bu ilin birinci yarısında Azərbaycanda 2 259,94 min ton qaz kondensatı hasil edilib ki, bu da illik müqayisədə 9,1% azdır.

Dövlət Statistika Komitəsindən Primeinfo.az-a verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən qaz kondensatının 2 253,07 min tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 9,2% azalma deməkdir.

Xatırladaq ki, ötən il Azərbaycanda 4 911,88 min ton qaz kondensatı hasil edilib ki, bu da illik müqayisədə 7,1% azdır.

2025-ci ildə Azərbaycanda istehsal edilən qaz kondensatının 4 903,5 min tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 7,12% azalma deməkdir.

Paylaş: