Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan nefti 80 dollara düşdü

23.06.2026 11:28

Azərbaycan nefti 80 dollara düşdü

“Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,52 ABŞ dollar azalıb.

Primeinfo.az xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,52 ABŞ dolları və ya 3,04 % azalaraq 80,43 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Paylaş: