Ukrayna ötən gecə və bu səhər Rusiyanın Moskva vilayətinə yüzlərlə dronla hücum edib. Primeinfo.az Moskva meri Sergey Sobyaninin sosial hesabındakı paylaşımına istinadən xəbər verir ki, dünən axşamdan bu gün səhərədək paytaxt regionuna 600-dən çox Ukrayna dronu hücum edib. Onlardan 201-i Rusiya hava hücumundan müdafiə sistemlərini yararaq bilavasitə Moskva səmasına qədər gedib çatıb.
Yunanıstanda bazar günü meşə yanğınları ilə bağlı yüksək hazırlıq rejimi elan olunub.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 925 yanğına çıxış və 42 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. FHN-dən Primeinfo.az-a verilən xəbərə görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 12-si azyaşlı olmaqla 43 nəfər xilas edilib, 4-ü azyaşlı olmaqla 20 nəfər təxliyə olunub, 2 nəfər tüstüdən zəhərlənib, 10 nəfərin meyiti təhvil verilib.
Paytaxtın Xətai rayonunda baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
Yanğın nəticəsində 1 ha sahədə biçilməmiş, 7 ha sahədə biçilmiş taxıl sahəsi yanıb.
Lənkəranda magistral yolun kənarında güclü yanğın başlayıb.
Türkiyədə istirahət zonalarında eyni vaxtda iki böyük yanğın baş verib. Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yanğın ocaqları İstanbulun Böyükada adasında və Alanyada qeydə alınıb. Belə ki, ötən axşam Böyükadada yerləşən “Viranbağı Plajı” çimərlik kompleksinin ərazisində yanğın baş verib.
Rusiyanın Yaroslavl vilayətinə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirilən intensiv hücum nəticəsində sənaye obyektində yerləşən mühüm yanacaq anbarlarında güclü yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb. Primeinfo.az-a bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb.
Moskvanın şərqində yerləşən İzmaylovo rayonunda, “İzmaylovo Kreml” adlanan tarixi-mədəniyyət kompleksi yaxınlığında güclü yanğın baş verib. Primeinfo.az xəbər verir ki, yerli media orqanlarının yaydığı məlumata görə, açıq ərazidə saxlanılan tikinti və üzlük materialları alovlanıb. Bildirilir ki, yanğının sahəsi təxminən 300 kvadratmetrə çatır və alov iki istiqamətdə yayılmağa davam edir.