Bakıda restoranda yanğın söndürüldü: Xəsarət alan var? - FOTO - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb. Primeinfo.az-a bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb.