Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda restoranda yanğın söndürüldü: Xəsarət alan var? - FOTO - VİDEO

11.06.2026 12:24

Bakıda restoranda yanğın söndürüldü: Xəsarət alan var? - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Primeinfo.az-a bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb.

***

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Bakıda obyekt yanır.

Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

Bakıda restoranda yanğın söndürüldü: Xəsarət alan var? - FOTO - VİDEO Bakıda restoranda yanğın söndürüldü: Xəsarət alan var? - FOTO - VİDEO Bakıda restoranda yanğın söndürüldü: Xəsarət alan var? - FOTO - VİDEO Bakıda restoranda yanğın söndürüldü: Xəsarət alan var? - FOTO - VİDEO

Paylaş: