Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiyada təşviş: “Kreml” yaxınlığında alov göyə qalxdı - VİDEO

17.05.2026 21:15

Rusiyada təşviş: “Kreml” yaxınlığında alov göyə qalxdı - VİDEO

Moskvanın şərqində yerləşən İzmaylovo rayonunda, “İzmaylovo Kreml” adlanan tarixi-mədəniyyət kompleksi yaxınlığında güclü yanğın baş verib.

Primeinfo.az xəbər verir ki, yerli media orqanlarının yaydığı məlumata görə, açıq ərazidə saxlanılan tikinti və üzlük materialları alovlanıb. Bildirilir ki, yanğının sahəsi təxminən 300 kvadratmetrə çatır və alov iki istiqamətdə yayılmağa davam edir.

Hadisə şahidləri yanğın başlamazdan əvvəl güclü partlayış səsinə bənzər “xlopok” eşitdiklərini bildiriblər. Bu səbəbdən bəzi mənbələr mümkün zərbə ehtimalını da istisna etmirlər.

Ukrayna və Rusiya mənbələrində yayılan məlumatlarda isə hadisənin Ukraynanın dron hücumlarından sonra baş verdiyi ehtimalının irəli sürüldüyü qeyd olunur. Bununla bağlı rəsmi təsdiq verilməyib.

Əraziyə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunub. Hadisənin səbəbləri araşdırılır.

Paylaş: