Xəbər axtarın

Son axtarış nəticələri:

Kiyevin məşhur kitab bazarı raket zərbələri ilə məhv edilib - FOTO

16.08.2026 18:15

Kiyevin məşhur kitab bazarı raket zərbələri ilə məhv edilib - FOTO

Rusiya ordusunun avqustun 16-na keçən gecə Kiyevə endirdiyi zərbələr nəticəsində “Poçayna” metro stansiyası yaxınlığındakı məşhur kitab bazarı ciddi dağıntılara məruz qalıb.

Primeinfo.az UNİAN-a istinadən xəbər verir ki, əvvəllər “Petrovka” kimi tanınan bazarın bir neçə ticarət sırası tamamilə yanıb, çoxsaylı obyektlərin şüşələri sınıb. Kiyev Şəhər Şurasının deputatı Taras Krivoruçkonun sözlərinə görə, bazardakı ticarət köşklərinə üç raket düşüb.

Yanğın təxminən 2 min kvadratmetr ərazini əhatə edib. Zərbə nəticəsində “Poçayna” metro stansiyasının girişi və yaxınlıqdakı ticarət obyektləri də zədələnib.

Hadisə yerində yanğının nəticələrinin aradan qaldırılması davam edir. Bəzi pavilyonlardan hələ də tüstü qalxır, ərazidə yanmış kağız və plastik qoxusunun hiss olunduğu bildirilir.

Nəşriyyat və kitab sektorunun nümayəndələri bazarın məhv edilməsini Kiyevin mədəni həyatında “bir dövrün sonu” kimi qiymətləndiriblər.

Kiyevin məşhur kitab bazarı raket zərbələri ilə məhv edilib - FOTO Kiyevin məşhur kitab bazarı raket zərbələri ilə məhv edilib - FOTO Kiyevin məşhur kitab bazarı raket zərbələri ilə məhv edilib - FOTO Kiyevin məşhur kitab bazarı raket zərbələri ilə məhv edilib - FOTO

Paylaş: