
İran Prezidenti Məsud Pezeşkian Urmiya gölünün bərpası və ona ekoloji su axınının təmin edilməsi ilə bağlı xüsusi göstərişlər verib.
Primeinfo.az xəbər verir ki, bunu İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri Şina Ənsari deyib.
Onun sözlərinə görə, Urmiya gölünün vəziyyəti hələ ekoloji standartlara uyğun deyil, lakin göldə tədricən yaxşılaşma müşahidə olunur:
“Müsbət dinamikanın əsas səbəblərindən biri yağıntıların artması, digəri isə Pezeşkianın bu istiqamətdə verdiyi xüsusi göstərişlərdir. Prezident bataqlıq ərazilərə, xüsusilə Urmiya gölünə ekoloji su axınının təmin edilməsinə xüsusi diqqət yetirir. Pezeşkian məsələ ilə bağlı ictimai təbliğata üstünlük verməsə də, prosesləri yerində izləyir və problemlərin həlli ilə məşğul olur”.