
Somali Hərbi Dəniz Qüvvələri və Türkiyə Sahil Mühafizəsinin Puntlend sahillərində keçirdiyi birgə əməliyyat Kamerun bayrağı altında üzən “MV LUTUF” yük gəmisinin tam azad edilməsi ilə başa çatıb.
Primeinfo.az xəbər verir ki, dənizçilər 12 gün boyunca quldurların əsirliyində qalsalar da, türk hərbçilərinin qətiyyətli addımları sayəsində heyət arasında heç bir itki olmadan xilas ediliblər.
Əməliyyatın uğurla nəticələnməsində Somali təhlükəsizlik qüvvələrinə birbaşa dəstək verən türk bölmələri həlledici rol oynayıb. 10 günlük xüsusi əməliyyat gedişində Türkiyə-Somali kontingenti quldurlarla döyüşə girib, nəticədə 14 quldur məhv edilib, sağ qalan silahlılar isə qaçmağa məcbur olublar.
Gəmi heyətinin təhlükəsizliyi tam təmin edildikdən sonra regionda patrul xidməti gücləndirilib.