Xəbər axtarın

Son axtarış nəticələri:

Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin anım mərasimi keçirilib - FOTO - VİDEO

29.08.2026 11:45

Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin anım mərasimi keçirilib - FOTO - VİDEO

Vətən uğrunda şəhidlik zirvəsinə yüksələn Vətən Müharibəsi Qəhrəmanı Əliyev Anar Vaqif oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib. 

Primeinfo.az xəbər verir ki,Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları şəhidin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.

Çıxış edənlər şəhidimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaətlərindən söz açaraq şərəfli həyat yolundan danışıblar.

Vətən Müharibəsi Qəhrəmanının ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin anım mərasimi keçirilib - FOTO - VİDEO Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin anım mərasimi keçirilib - FOTO - VİDEO Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin anım mərasimi keçirilib - FOTO - VİDEO Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin anım mərasimi keçirilib - FOTO - VİDEO

Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin anım mərasimi keçirilib - FOTO - VİDEO

 

Paylaş: