Xəbər axtarın

Son axtarış nəticələri:

İslandiyalıların yarıdan çoxu Aİ-yə qoşulmağa qarşı çıxıb

30.08.2026 15:32

İslandiyalıların yarıdan çoxu Aİ-yə qoşulmağa qarşı çıxıb

İslandiyanın Aİ-yə daxil olmaqla bağlı referendumunun ilkin nəticələri göstərir ki, Avropa inteqrasiyasının əleyhdarları səs çoxluğu qazanırlar.

Primeinfo.az xəbər verir ki , bunu RUV telekanalı tərəfindən yayılan, İslandiyanın altı seçki dairəsindən beşindəki səslərin nəticələri göstərir.

Məlumata görə, 52,5 % və ya 99 000-dən çox insan danışıqların bərpasına qarşı, 47,5 %-i və ya təxminən 89 500 islandiyalı isə bloka qoşulmağın lehinə səs verib. Danışıqların əleyhdarları Aİ üzvlüyünün digər blok üzvlərinə ada ölkəsinin sularında balıq ovu hüququ verəcəyindən ehtiyatlanırlar.

Xatırladaq ki, İslandiya ilk dəfə 2009-cu ildə üzvlük üçün müraciət edib, lakin proses 2013-cü ildə dayandırılıb. Ölkə artıq Şengen zonasının və Avropa İqtisadi Zonasının üzvüdür.

Paylaş: