Fransada etiraz aksiyaları davam edir. Primeinfo.az xəbər verir ki, tələbə etirazları çərçivəsində yuxarı sinif şagirdlərinin nümayişlərinə dəstək ifadə etmək və hüquq-mühafizə orqanlarının hərəkətlərini pisləmək məqsədilə Parisdə Luvrun girişi bağlanıb. Girişin etirazçılar tərəfindən bloklanması muzeyə daxil olmaq istəyən turistlərin etirazına və tərəflər arasında mübahisəyə səbəb olub.
Oktyabrın 17-də Fransada keçirilən kütləvi etiraz aksiyaları zamanı 2 397 nəfər saxlanılıb.
Parisdə Yelisey çölləri prospektində Fransa Milli Bayramı – 14 İyul münasibətilə ənənəvi hərbi parad keçirilir. Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, Yelisey Sarayı builki tədbiri tarixi və misli görünməmiş parad kimi xarakterizə edir. Prezident Administrasiyasının məlumatına görə, parad Fransanın müdafiə qabiliyyətinin gücləndirilməsi, strateji muxtariyyət siyasəti və Avropanın təhlükəsizlik sahəsində yeni yanaşmasını nümayiş etdirir.
Azərbaycanın Fransadakı Səfirliyinin, UNESCO yanında Daimi Nümayəndəliyinin və Silahlı Qüvvələrin Fransadakı Hərbi Attaşelik Aparatının birgə təşkilatçılığı və dəstəyi ilə Parisdə Azərbaycanın Müstəqillik və Silahlı Qüvvələr günləri münasibətilə geniş qəbul təşkil olunub. Primeinfo.az xəbər verir ki, tədbirdə Fransanın yüksəksəviyyəli dövlət və hökumət rəsmiləri, UNESCO-nun Baş direktoru Xalid əl-Ənani, parlament üzvləri, ictimai-siyasi dairələrin və diplomatik korpusun nümayəndələri, şirkət rəhbərləri, eləcə də Fransada yaşayan həmvətənlərimiz iştirak ediblər. Qəbul Azərbaycan və Fransa Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransada bir sıra dövlət rəsmiləri ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev“X” səhifəsində məlumat verib. Onun sözlərinə görə, Azərbaycan və Fransa prezidentlərinin telefon danışığından sonra Parisdə Emmanuel Makronun diplomatik müşaviri Emmanuel Bonne və digər fransalı həmkarları ilə məhsuldar görüş keçirib.
Fransada fermerlər Avropa İttifaqı ilə Cənubi Amerika arasında (Merkosur çərçivəsində) mümkün azad ticarət müqaviləsinə etiraz olaraq paytaxt Parisin Periferik bulvarını bağlayıblar. Primeinfo.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Həmkarlar ittifaqlarının fəalları sütunun önündə traktorları ilə mərkəzi yolu zəbt edərək, nəqliyyatın hərəkətini dayandırıblar.
Fransanın bir çox şəhərinə güclü qar yağıb. Primeinfo.az xəbər verir ki, qar səbəbindən nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb. Yanvarın 7-i səhər saatlarında Ruasi-Şarl-dö-Qol (Roissy-Charles-de-Gaulle) hava limanında təxminən 100, Orly hava limanında isə 40-a yaxın uçuş ləğv edilib.
Paris polisi Yeni il gecəsi zorakılıq, vandalizm və narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 125 nəfəri saxlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti paytaxtın polis prefekturasına istinadən məlumat yayıb. Qeyd olunur ki, onlardan 33 nəfər qəsdən törədilmiş zorakılıq əməllərinə görə, 15 nəfər zorakılıq və ya əmlakın korlanması məqsədi daşıyan qrup fəaliyyətində iştirak etdiklərinə görə, 10 nəfər psixotrop maddələrin saxlanmasına, 8 nəfər isə narkotik vasitələrdən istifadəyə görə saxlanılıb.
Dünyanın ən böyük muzeyi hesab edilən Luvrda baş verən yeni texniki nasazlıq diqqəti yenidən qurumun infrastruktur vəziyyətinə yönəldib. Primeinfo.az xəbər verir ki, noyabrın 26-da baş vermiş su sızması Luvrun Misir antikvarları kitabxanasında 300–400 arasında kitabın zədələnməsinə səbəb olub. Muzeyin baş direktorunun müavini Frensis Staynbokun sözlərinə görə, zərər görən materiallar əsasən Misirşünaslıq jurnalları və elmi sənədlərdir.
İranın xarici işlər naziri Abbas Əraqçi noyabrın 26-da ikitərəfli danışıqlar aparmaq üçün Fransaya səfər edəcək. Bu barədə Primeinfo.az İran KİV-inə istinadən xəbər verir. Bildirilir ki, nazir sabah Parisdə fransalı həmkarı Jan-Noel Barro ilə danışıqlar aparacaq.