Xəbər axtarın

Son axtarış nəticələri:

"Zirə"nin futbolçusu Premyer Liqada 100-cü oyununu keçirdi

19.10.2026 13:32

"Zirə"nin futbolçusu Premyer Liqada 100-cü oyununu keçirdi
Misli Premyer Liqasının VIII turu Elçin Əlicanov üçün əlamətdar olub.

Primeinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Zirə”nin futbolçusu turnirdə 100-cü oyununu keçirib.

O, “Kəpəz”lə səfər matçında (1:1) meydana çıxıb. 27 yaşlı müdafiəçinin hesabında 3 qol var.

E.Əlicanovun debütü 2022/2023 mövsümündə “Kəpəz”in heyətində gerçəkləşib. O, Gəncə klubunda 68 qarşılaşmada 2 qola imza atıb. Əlicanov “Zirə”də 32 oyunda 1 dəfə fərqlənib.

Paylaş: