Xəbər axtarın

Son axtarış nəticələri:

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

19.10.2026 10:56

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qarşıdan gələn Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar yüksək sərnişin tələbatını qarşılamaq məqsədilə 7, 8, 9 və 10 noyabrda Bakı-Qəbələ-Bakı marşrutu üzrə həm gediş, həm dönüş reysləri təşkil edəcək.

Primeinfo.az-a bu barədə ADY-dən bildirilib.

Məlumata görə, həmin günlər qatar Bakıdan Qəbələyə saat 07:30-da, əks istiqamətdə isə saat 19:00-da hərəkət edəcək.

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Paylaş: