
Oktyabrın 17-də Fransada keçirilən kütləvi etiraz aksiyaları zamanı 2 397 nəfər saxlanılıb.
Primeinfo.az xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib kis, toqquşmalarda 997 polis və jandarma əməkdaşı yaralanıb, onlardan yeddisinin xəsarəti ağırdır.
Paytaxt Parisdə etirazçılarla polis arasında qarşıdurmalar baş verib. Nümayişçilər mağazalara və polis avtomobillərinə ziyan vurublar. Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.
Lion şəhərində turizm ofisinin binasında, Limojda isə şəhər meriyasının tarixi binasında yanğın baş verib.
Fransa Prezidenti Emmanuel Makron bazar günü axşam xalqa təcili müraciətində hökumətdən nümayişlərlə müşayiət olunan genişmiqyaslı küçə iğtişaşlarının təkrarlanmasının qarşısını almaq üçün sərt tədbirlər görməyi tələb edib.

O, iğtişaşlarda iştirak edənlərin məsuliyyətə cəlb olunacağını, mağazaların talanında və binaların dağıdılmasında iştirak edənlərdən kompensasiya tələb ediləcəyinə söz verib.
