
“Son günlər Azərbaycan və Türkiyə arasında heç bir tarixi reallığa əsaslanmayan, əksinə, xalqlarımızı parçalamağa və qardaşlığımızı pozmağa çalışan çoxsayda açıqlamalar eşidirik”.
Primeinfo.az xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının genəl başqan yardımçısı, millət vəkili, tarix elmləri doktoru, professor İlyas Topsakal deyib.
Onun sözlərinə görə, Azərbaycanla Türkiyənin coğrafiyası tarixi və irfan ənənələri ilə formalaşıb.
“Bu coğrafiya şərqdən qərbə doğru axan bir çay kimi fasiləsiz öz irsini daşıyır. Əgər əcdadlarımızın bu ağıl və irfan mirasını düzgün dəyərləndirməsəniz, qardaş davasına səbəb olarsınız; doğru dəyərləndirsəniz, qardaşlığı möhkəmləndirərsiniz.
Azərbaycanla Türkiyənin taleyi də, keçmişi də, gələcəyi də birdir”, – deyə İ.Topsakal vurğulayıb.
Посмотреть эту публикацию в Instagram