Xəbər axtarın

Son axtarış nəticələri:

Şimali Kipr sahillərində batan gəmidən 159 nəfər xilas edilib - YENİLƏNİB

30.08.2026 16:38

Şimali Kipr sahillərində batan gəmidən 159 nəfər xilas edilib - YENİLƏNİB

Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmidən 159 nəfərin xilas edildiyi açıqlanıb.

Primeinfo.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Girnə şəhərinin meri Murat Şenkul məlumat verib.

M.Şenkul 159 nəfərin xilas edildiyini qeyd edib.

“Gəmidə sərnişin və ekipaj üzvləri olmaqla ümumilikdə 270 nəfər var. Vəziyyət çox ciddidir. Sahil mühafizəsi, “Akgünlerin Express” gəmisi və çoxsaylı kiçik qayıqlar xilasetmə işlərinə cəlb olunub”, – mer bildirib.

Şimali Kiprin Girnə şəhəri yaxınlığında 260 nəfəri daşıyan sərnişin gəmisi batıb.

Primeinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, gəmi sahildən təxminən 4 mil (təxminən 6.44 kilometr) aralıda batıb.

Hazırda xilasetmə qrupları tərəfindən axtarış-xilasetmə işləri aparılır.

Hadisənin səbəbi və sərnişinlərin vəziyyəti ilə bağlı əlavə məlumat verilmir.

Paylaş: