Xəbər axtarın

Son axtarış nəticələri:

Şimali Kiprdə gəmi qəzası ilə bağlı 9 nəfər HƏBS EDİLİB

31.08.2026 15:48

Şimali Kiprdə gəmi qəzası ilə bağlı 9 nəfər HƏBS EDİLİB

Şimali Kipr Türk Cümhuriyyətinin Girnə sahillərində baş verən gəmi faciəsi ilə bağlı aparılan istintaq çərçivəsində məhkəməyə çıxarılan 9 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Primeinfo.az xəbər verir ki, istintaq çərçivəsində 100-dən çox şəxsin ifadəsi alınıb.

Kapitan və heyət üzvləri məhkəmədə verdikləri ifadədə dalğalar nəticəsində gəminin ön hissəsinin qopduğunu və bunun ardınca gəminin çevrildiyini bildiriblər.

Qeyd edək ki, avqustun 30-da Şimali Kipr Türk Respublikasının Girnə sahillərində 267 nəfərin olduğu bərənin çevrilməsi nəticəsində 241 nəfər xilas edilib, 8 nəfər həlak olub. 18 nəfərin axtarış-xilasetmə işləri isə davam edir.

Paylaş: