Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: gəmi qəzası

Quzey Kıbrısda GƏMİ QƏZASI: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı - FOTO

Quzey Kıbrısda GƏMİ QƏZASI: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı - FOTO

Avqustun 30-da Quzey Kıbrıs Türk Cümhuriyyətinin Girnə şəhərinin sahillərində qəzaya uğrayan “FiloJet” sürət katamaranı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən doqquz şübhəli bu gün altıncı dəfə hakim qarşısına çıxarılıb. Primeinfo.az “Haber Global” telekanalına istinadən xəbər verir ki, məhkəmə istintaqın davam etdiyini nəzərə alaraq şübhəlilərin həbs müddətini daha yeddi gün uzadıb. Məhkəmə iclasında gəmi qəzasının texniki səbəbləri ilə bağlı yeni və mühüm məlumatlar açıqlanıb.

"Qara dənizdə gəmilərə hücumlarla bağlı xəbərdarlıq edirik" - Hakan Fidan

"Qara dənizdə gəmilərə hücumlarla bağlı xəbərdarlıq edirik" - Hakan Fidan

Qara dənizdə gəmilərə hücumla bağlı münaqişə tərəflərinə (Rusiya və Ukrayna – red.) lazımi xəbərdarlıq edilib. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat üçün brifinqdə deyib. O, bugünkü görüşdə azərbaycanlı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini də müzakirə etdiklərini bildirib: “Son vaxtlar Qara dənizdə yük gəmilərinə qarşı hücumlar ciddi narahatlıq doğurur.

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 13-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 13-ə yüksəlib

Şimali Kiprin Girne şəhəri sahillərində batan sərnişin gəmisində ölənlərin sayı 13-ə çatıb. Primeinfo.az xəbər verir ki, bu barədə Şimali Kiprin Baş naziri Ünal Üstel “X” hesabında paylaşım edib. O bildirib ki, daha bir nəfərin cəsədi tapılıb, beləliklə, ölənlərin sayı 13-ə yüksəlib, 15 nəfər isə itkin düşmüş hesab olunur.

Quzey Kıbrısda gəmi qəzasında ölənlərin sayı 12-yə çatdı

Quzey Kıbrısda gəmi qəzasında ölənlərin sayı 12-yə çatdı

Quzey Kıbrıs Türk Cümhuriyyətinin Girne şəhərinin sahillərindəbatan sərnişin gəmisində ölənlərin sayı 12-yə çatıb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd olunub ki, aparılan axtarışlar nəticəsində daha 2 nəfərin meyiti sudan çıxarılıb.

Quzey Kıbrısda saxlanılan Azərbaycan vətəndaşlarını cəza gözləyir? - AÇIQLAMA

Quzey Kıbrısda saxlanılan Azərbaycan vətəndaşlarını cəza gözləyir? - AÇIQLAMA

Quzey Kıbrıs Türk Cümhuriyyətinin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılan Azərbaycan vətəndaşları məsuliyyətli şəxslər deyillər. Primeinfo.az xəbər verir ki, bunu “Report”un Türkiyə bürosuna Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu bildirib. O deyib ki, qəza ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılanlar Azərbaycan vətəndaşları Valeh Hümbətov, Rəşad İbrahimov və Qədir Quliyev haqqında istintaq materialları toplanır: “Bu gün ikinci hazırlıq məhkəməsi keçirilib.

Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb

Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb

Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) batan gəminin qalıqları tapılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman bildirib. O qeyd edib ki, gəminin qalıqları 550 metr dərinlikdə aşkarlanıb.

Şimali Kiprdə gəmi qəzası ilə bağlı 9 nəfər HƏBS EDİLİB

Şimali Kiprdə gəmi qəzası ilə bağlı 9 nəfər HƏBS EDİLİB

Şimali Kipr Türk Cümhuriyyətinin Girnə sahillərində baş verən gəmi faciəsi ilə bağlı aparılan istintaq çərçivəsində məhkəməyə çıxarılan 9 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Primeinfo.az xəbər verir ki, istintaq çərçivəsində 100-dən çox şəxsin ifadəsi alınıb. Kapitan və heyət üzvləri məhkəmədə verdikləri ifadədə dalğalar nəticəsində gəminin ön hissəsinin qopduğunu və bunun ardınca gəminin çevrildiyini bildiriblər.