Xəbər axtarın

Son axtarış nəticələri:

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 13-ə yüksəlib

06.09.2026 20:15

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 13-ə yüksəlib

Şimali Kiprin Girne şəhəri sahillərində batan sərnişin gəmisində ölənlərin sayı 13-ə çatıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Şimali Kiprin Baş naziri Ünal Üstel “X” hesabında paylaşım edib.

O bildirib ki, daha bir nəfərin cəsədi tapılıb, beləliklə, ölənlərin sayı 13-ə yüksəlib, 15 nəfər isə itkin düşmüş hesab olunur.

Baş nazir vurğulayıb ki, axtarış-xilasetmə işlərinə özəl şirkətlər cəlb ediləcək, həmçinin Türkiyə ilə məsləhətləşmələr aparılacaq.

Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb.

Paylaş: