
Quzey Kıbrıs Türk Cümhuriyyətinin Girne şəhərinin sahillərindəbatan sərnişin gəmisində ölənlərin sayı 12-yə çatıb.
Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd olunub ki, aparılan axtarışlar nəticəsində daha 2 nəfərin meyiti sudan çıxarılıb.
Axtarış-xilasetmə qrupları itkin düşən 16 nəfəri tapmaq üçün bölgədə işlərini davam etdirir.
Xatırladaq ki, avqustun 30-da Girne sahillərində gəmi qəzaya uğrayıb.