Xəbər axtarın

Son axtarış nəticələri:

Quzey Kıbrıs Türk Cümhuriyyətində matəm - FOTO

31.08.2026 10:26

Quzey Kıbrıs Türk Cümhuriyyətində matəm - FOTO

Quzey Kıbrıs Türk Cümhuriyyətinin Girne şəhərinin sahillərində bərənin batması nəticəsində həlak olanlarla bağlı 3 günlük milli matəm elan edilib.

Primeinfo.az xəbər verir ki, avqustun 30-da 267 nəfəri daşıyan bərə batıb.

Faciə Girne sahillərindən təxminən 4 mil aralıda baş verib. 241 nəfər xilas edilib, 8 nəfər ölüb, 18 nəfərin axtarışları qayıq və dronlardan istifadə etməklə davam edir.

Quzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Tufan Ərhürman jurnalistlərə bildirib ki, batan gəmi 514 metr dərinlikdədir.

Gəmidə 2 -si ekipaj üzvü, 2-si sərnişin olmaqla 4 Azərbaycan vətəndaşı olub. Onlar hazırda Girnədədirlər.

Axtarış-xilasetmə işlərinə Türkiyədən 3 təyyarə, 4 pilotsuz uçuş aparatı (PUA), 6 helikopter, 4 sahil mühafizəsi qayığı, 1 patrul qayığı, 1 freqat və 1 patrul gəmisi, eləcə də Şimali Kipr Türk Respublikasından 4 sahil mühafizəsi qayığı, 2 helikopter, 1 patrul qayığı və 1 patrul gəmisi cəlb olunub.

Hadisə ilə bağlı Prokurorluq araşdırma başladıb.

Şahidlər gəminin kapitanın səhlənkarlığı üzündən baş verdiyini bildirib. Kapitan saxlanıb.

Quzey Kıbrıs Türk Cümhuriyyətində matəm - FOTO Quzey Kıbrıs Türk Cümhuriyyətində matəm - FOTO

Paylaş: