Xəbər axtarın

Son axtarış nəticələri:

David Silvestrovu müdafiə edən Azad İsgəndərlinin də cəzalı keçmişi var — MÜSAHİBƏ - FOTO

31.08.2026 14:09

David Silvestrovu müdafiə edən Azad İsgəndərlinin də cəzalı keçmişi var — MÜSAHİBƏ - FOTO

David Silvestrovu müdafiə edən bu şəxs Azad İsgəndərli  Azad Başbuyuran ləqəbi ilə fəaliyyət göstərir, Şirvan şəhərində yaşayır və əvvəllər iki dəfə ağır cinayətlərə, daha dəqiq desək, dələduzluq əməllərinə görə məhkum edilib. Onun ikinci məhkumluğu 2015-ci ildə dələduzluq ittihamı ilə həbs edilməsindən sonra, 12 aprel 2016-cı ildə 10 il müddətinə azadlıqdan məhrum edilməsi ilə nəticələnib.

Primeinfo.az Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadənin bu mövzuda Demokrat.az saytına verdiyi müsahibəni təqdim edir:

– O, bəzi çıxışlarında qeyd edir ki, “mənim 25-30 il əvvəl həbsdə olmağımı qabardırlar”. Bundan başqa, bildirir ki, guya bizim komandanın onun barəsində başqa heç bir faktı yoxdur. Bizim onun haqqında fakt toplamaq kimi bir məqsədimiz yoxdur.  “Mən Davidi müdafiə edəcəyəm” deyərək ona ayı xidməti göstərir.

David Silvestrovu müdafiə edən Azad İsgəndərlinin də cəzalı keçmişi var — MÜSAHİBƏ - FOTO

Amma APA-da dərc olunan məlumata görə, 2016-cı il 12 iyunda bu şəxs dələduzluq əməlinə, yəni coxsaylı insanları aldatmasına görə və onlara külli miqdarda zərər vurmasına görə 10 il müddətinə azadlıqdan məhrum edilib. Bu şəxsin ali təhsili yoxdur və hazırda da hüquq müdafiəçiliyi fəaliyyəti ilə məşğul olur, ayrı-ayrı təşkilatlara daxil olur, onlarla əlaqələr yaradaraq öz nüfuzunu artırmağa və əlində olan platformadan öz məqsədləri üçün istifadə etməyə çalışır.

Bu şəxs bizim üçün o qədərdə maraqlı fiqur deyil.

David Silvestrovu müdafiə edən Azad İsgəndərlinin də cəzalı keçmişi var — MÜSAHİBƏ - FOTO

— Siz onun çıxışlarında ziddiyyətli məqamların olduğunu da bildirirsiniz. Konkret olaraq hansı ziddiyyətlərdən söhbət gedir?

– Maraqlı məsələ bilirsiniz nədir? İnsan nə qədər yalan danışa bilər? Bu şəxs çıxışlarının birində qeyd edir ki, 25-30 il əvvəl həbs həyatı yaşayıb. Amma 2 gün əvvəlki digər çıxışında – həmin çıxışlar var, lazım gələrsə, sizin redaksiyaya da təqdim edə bilərik – bildirir ki, 2017, 2018 və 2019-cu illərdə David Silvestrovla, faktiki olaraq Abbasov Kazım Elşən oğlu ilə 9 saylı cəzaçəkmə müəssisəsində bir yerdə məhkumluq həyatı yaşayıb.

Hətta deyir ki, “o quldurların içində”, yəni müəssisədə olan digər məhbusları quldur adlandıraraq – videonu da sizə təqdim edəcəyəm – guya bunların tamamilə təmiz olduqlarını və orada heç nə ilə məşğul olmadıqlarını söyləyir. Halbuki həmin müəssisədə olan 800-ə yaxın digər məhbusun hamısını quldur kimi təqdim edir. Axı hər bir məhbus cinayət törətsə də belə quldur adlandırıla bilməzlər. Onların yalnız azadlıqları müəyyən müddətə məhdudlaşdırılıb. Qalan digər hüquqlarından isə hamı kimi istifadə edirlər. Onları təhqir etmək, aşagılamaga heç kimin haqqı yoxdur.

— Siz Azad Başbuyuranın David Silvestrovu müdafiə etməsinin arxasında müəyyən maraqların dayandığını da söyləyirsiniz.

– 2015-ci ildə qolları qandallı şəkildə polisin nəzarəti altında və polisin yanında oturan şəxs deyir ki, “mən məhkumluğumla fəxr edirəm”. Halbuki onun hər iki məhkumluğu çoxsaylı insanların aldadılması ilə bağlı əməllərinə görə hüquqi nəticə ilə yekunlaşıb və ikinci məhkumluğunda da 10 il müddətinə azadlıqdan məhrum edilib.

Baxın, heç nədən utanmadan, cəmiyyətdən çəkinmədən, aldatdığı insanlardan çəkinmədən “bununla fəxr edirəm” deyir. Mənə elə gəlir ki, belə bir şəxsin müəyyən araşdırmaya, o cümlədən psixoloji durumunun mütəxəssislər tərəfindən qiymətləndirilməsinə ehtiyacı var.

Amma özünü ağıllı göstərməyə çalışır və qeyd edir ki, parlament seçkilərində namizədliyini irəli sürmək üçün Şirvan sakinlərinə müraciət edir və “namizədliyimi versəm, məni müdafiə edərsiniz?” deyə soruşur.
Gülməlidir deyilmi?

Baxın, Şirvanda çoxsaylı insanları aldatdığı iddia olunur, dələduzluğa görə iki dəfə məhkum edilib, ikinci dəfə 10 il müddətinə azadlıqdan məhrum olunub və həmin bölgədə  deputat olmaq üçün əhaliyə müraciət edir.

İndi siz qiymət verin: bu adamla danışmağa, yazışmağa dəyər, ya dəyməz? Hər halda, onu çox yaxşı tanıyan insanlar var və belə hesab edirəm ki, onun bu hərəkətlərinə son qoyulmalıdır. Hüquq-mühafizə orqanları da bu şəxsin fəaliyyətini ciddi nəzarətə götürməlidir.

David Silvestrovu müdafiə edən Azad İsgəndərlinin də cəzalı keçmişi var — MÜSAHİBƏ - FOTO

— Sonda nə demək istərdiniz?

– Qeyd etmək istəyirəm ki, biz David Silvestrovun maskasını cırmışıq, onun hərəkət və əməllərini cəmiyyətə çatdırmışıq. Bir vətəndaş və hüquq müdafiəçisi olaraq cəmiyyəti ayıq-sayıq olmağa çağırmışıq. Bu şəxsin növbəti qurbanlarının olmaması üçün onun kimliyini cəmiyyətə açmış və insanları diqqətli olmağa səsləmişik.

Elə Azad Başbuyuranın hərəkətləri ilə bağlı da cəmiyyətə müraciət edirik: ayıq olun hörmətli Şirvan sakinləri və yaxın bölgələrdə yaşayan insanlar! Bu şəxsin ali təhsili yoxdur və onun hüquq sahəsində fəaliyyət göstərməsi ilə bağlı ciddi suallar var. Aldanmayın, diqqətli olun. Müxtəlif vədlər verir – peşə, ixtisas, beynəlxalq sertifikatlar və sair. Hətda nazirlik və komitələrə müəyyən ixtisaslar axtarırlarsa onlara müraciət etmələrini istəyir və telefon nömrələrini elan edir.

Bu məsələlərdə xüsusilə diqqətli və ayıq olmaq lazımdır.

Mənə elə gəlir ki, David Silvestrovla bağlı olduğu kimi, bu şəxsin də qanun pozuntuları ilə əlaqədar hüquqi qiymət verilməsinə əsas yarada biləcək fakt və sübutlar artıq əlimizdə kifayət qədərdir. Yaxın günlərdə bu istiqamətdə atacağımız addımların da şahidi olacaqsınız.

David Silvestrovu müdafiə edən Azad İsgəndərlinin də cəzalı keçmişi var — MÜSAHİBƏ - FOTODavid Silvestrovu müdafiə edən Azad İsgəndərlinin də cəzalı keçmişi var — MÜSAHİBƏ - FOTO

Paylaş: