Azərbaycanda özünü beynəlxalq hüquq müdafiəçisi, xarici şirkət nümayəndəsi, investor və “təmənnasız xeyriyyəçi” kimi təqdim edən “David Seliverstov”un əsl siması tam şəkildə ifşa olunub.
Adam 12 il həbsxanada oturur. Amma vaxtını hədər keçirmir! Nə fizika öyrənir, nə də dülgərlik. O, “zakonnik” yanaşması ilə Cinayət Məcəlləsindən maddələri əzbərləyir, məhkəmə sisteminin boşluqlarını saf-çürük eləyir və özünə virtual da olsa, bir “hüquq elmləri doktoru” mantiyası biçir.
2 ay əvvəl böyük dələduzluq əməli ifşa olunandan sonra ölkədən qaçan Kazım Abbasov – “David Seliverstov”un məhkumluğunun vaxtından əvvəl üzərindən götürülməsi haqda qərar yayılıb. Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın sədrliyi ilə çıxarılan həmin qərar Azərbaycan hüquq sistemində “hüquqi nihilizm” anlayışına yeni, daha parlaq bir məna qazandırır. Cinayətkar aləmin qanunları ilə yaşayan, cəmiyyət üçün potensial təhlükə mənbəyi olan ağır cinayətkarların necə “mələkə” çevrildiyini görmək istəyirsinizsə, qərar adlanan bu absurdluq abidəsinə baxmaq kifayətdir.
Sosial şəbəkələrdə canlı efirlərə çıxıb qurban rolu oynamaq, kamera arxasından hədə-qorxu gəlmək və hüquq-mühafizə orqanlarının fəaliyyətinə kölgə salmağa çalışmaq bəzi kriminal elementlərin vərdiş etdiyi köhnə taktikadır.
Özünü cəmiyyətə “xeyriyyəçi” və “beynəlxalq hüquq müdafiəçisi” kimi sırımağa çalışan, əsl adı Kazım Abbasov olan “David Seliverstov”un “beynəlxalq konfransda iştirak” bəhanəsilə ölkədən qaçmasından 2 ay ötür
Özünü beynəlxalq hüquq müdafiəçisi “David Seliverstov” kimi qələmə verən Kazım Abbasovun ölkədən qaçmasından sonra onunla bağlı yeni və şok təfərrüatlar üzə çıxmaqda davam edir.
“David Seliverstov” barəsində yazılanları oxuyanda anladım ki, bizə qarşı böyük bir cinayət törədilib!”
Bu il avqustun 5-də ölkədən qaçan “David Seliverstov”un qurduğu mütəşəkkil dələduzluq piramidası dağılır! Özünü “David Seliverstov” kimi qələmə verən, əslində isə kimliyi çoxdan ifşa olunmuş Kazım Elşən oğlu Abbasovun qurduğu torun daha bir dəhşətli pərdəsi açılır. Bu, pul ələ keçirmə sxeminin mərkəzində duran əsas fiqurlardan biri – “Monitorinq TV”nin keçmiş direktoru Elçin Axundzadə üzərindən şəbəkəyə gələn və az müddətdə “David”in yaxını Təranə adlı xanımla sıx əlaqə qurub özünü “Magen David Group” MMC-nin yeni direktoru kimi təqdim edən Şəlalə Əhliman qızı Hüseynovadır!
Özünü “yəhudi” əsilli “beynəlxalq hüquq müdafiəçisi” “David Seliverstov” kimi təqdim edən, əslinfə isə Kazım Elşən oğlu Abbasovun qurduğu fırıldaqçılıq şəbəkəsi ilə bağlı araşdırmalarımız davam edir. Üzə çıxan yeni faktlar göstərir ki, xeyriyyəçilik və “beynəlxalq nüfuz” pərdəsi altında fəaliyyət göstərən bu şəbəkə iş adamlarının etibarından sui-istifadə edərək külli məbləğlərdə vəsaitlər ələ keçirib. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, bu pul ələ keçirmə sxeminin mərkəzində duran əsas şəxslərdən biri də Şəlalə Əhliman qızı Hüseynovadır.
Məşhur satira ustaları İlya İlf və Yevgeni Petrovun qələmə aldığı “On iki stul” və “Qızıl dana” romanlarının üzərindən əsrə yaxın vaxt keçməsinə baxmayaraq, baş qəhrəman Ostap Benderin “dələduzluq sənəti” haqda sitatları bu gün də öz aktuallığını itirməyib.