Xəbər axtarın

Son axtarış nəticələri:

Səfir: "Çin Azərbaycanın AQEM-də sədrliyinin davam etdirilməsini dəstəkləyir"

06.11.2026 11:30

Səfir: "Çin Azərbaycanın AQEM-də sədrliyinin davam etdirilməsini dəstəkləyir"

“Çin Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyinin 2026-2028-ci illər dövrü üçün davam etdirilməsini dəstəkləyir”.

Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey bu gün keçirilən brifinqdə bildirib.

Səfir həmçinin vurğulayıb ki, Pekin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olmasını dəstəkləyir.

O, qeyd edib ki, Pekin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olmasını dəstəkləyir:

“Çinin əsas maraqlarına toxunan məsələlərdə göstərdiyi uzunmüddətli və qətiyyətli dəstəyə görə Azərbaycana minnətdarıq. Çin müstəqilliyin, suverenliyin və ərazi bütövlüyünün qorunması, eləcə də ölkənin milli xüsusiyyətlərinə uyğun gələn öz inkişaf yolunun seçilməsi məsələlərində Azərbaycanı bundan sonra da dəstəkləmək niyyətindədir. Qlobal Cənub dövlətləri olaraq Çin və Azərbaycan BMT də daxil olmaqla çoxtərəfli formatlarda səmərəli şəkildə əməkdaşlıq edir, əsl çoxtərəfliliyi və beynəlxalq ədaləti birgə müdafiə edirlər”.

Paylaş: