
Türkiyədə silahlı hücumda ölənlərin sayı artıb.
Primeinfo.az NTV-yə istinadən xəbər verir ki, Afyonkarahisar bölgəsində silahlı hücumda ölənlərin sayı 8-ə çatıb.
***
18:59
Türkiyənin Afyonkarahisar bölgəsində fərqli yerlərdə 7 nəfərin meyiti tapılıb.
Primeinfo.az NTV-yə istinadən xəbər verir ki, iki ayrı ünvanda 5 nəfərin meyiti aşkarlanıb.
Başqa bir yerdə isə daha iki nəfərin güllələnmiş meyiti tapılıb. İki nəfərin isə yaralı olduğu barədə məlumat var.
İlkin istintaq nəticəsində məlum olub ki, 7 nəfərin hamısı tüfənglə öldürülüb.
Şübhəli şəxs və ya şəxslərin isə hadisə yerindən qırmızı rəngli avtomobillə qaçdığı qeyd olunub.