Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyədə daha bir məktəbə silahlı HÜCUM - 4 ölü, 20 yaralı - VİDEO - YENİLƏNİB

15.04.2026 19:24

Türkiyədə məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Primeinfo.az NTV-yə istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 9-a çatıb.

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi silahlı hücumun terror aktı olmadığını bildirib.

***

15:50

Türkiyədə məktəbə silahlı hücum edən 8-ci sinif şagirdi özünü öldürüb.

Primeinfo.az NTV-yə istinadən xəbər verir ki, hücumu törədən şəxsin atası keçmiş polis əməkdaşı olub.

O, atasına məxsus silahlarla iki sinif otağına atəş açıb.

***

15:40

Türkiyədə məktəbə silahlı hücum nəticəsində 4 nəfər ölüb.

Primeinfo.az NTV-yə istinadən xəbər verir ki, bu barədə Kahramanmaraş valisi bildirib.

Onun sözlərinə görə, ölənlərdən biri müəllim, üçü şagirddir.

Silahlı hücumu 8-ci sinif şagirdinin törətdiyi qeyd olunub.

Hadisə nəticəsində yaralananların sayı 20-yə çatıb.

***

15:26

Türkiyədə məktəbə silahlı hücum nəticəsində bir nəfər ölüb.

Primeinfo.az NTV-yə istinadən xəbər verir ki, bu barədə Kahramanmaraş valisi bildirib.

***

15:04

Türkiyədə məktəbə silahlı hücum olub.

Primeinfo.az NTV-yə istinadən xəbər verir ki, hadisə Kahramanmaraşda baş verib.

Hadisə nəticəsində 6 nəfərin yaralandığı bildirilir.

Hadisə yerinə çox saylı tibbi briqadalar və polis qüvvələri cəlb olunub.

Qeyd edək ki, ötən gün Şanlıurfada liseyə silahlı hücum olub, hadisə nəticəsində 16 nəfər yaralanıb. Hücumu törədən şəxs özünü öldürüb.

Paylaş: