Xəbər axtarın

Son axtarış nəticələri:

Cibgir “Canavar Rauf”un oğlu “David Seliverstov”un kimlik sirləri - YENİ DETALLAR

31.08.2026 13:52

Cibgir “Canavar Rauf”un oğlu “David Seliverstov”un kimlik sirləri - YENİ DETALLAR

Özünü “David Seliverstov” adı ilə təqdim edən Kazım Elşən oğlu Abbasovun kimliyi ətrafında suallar bitmək bilmir.

Primeinfo.az Musavat.com-un əvvəlki araşdırmalarına istinadən xəbər verir ki, onun keçmişi, müxtəlif dövrlərdə aldığı məhkumluqlar və sonradan “David Seliverstov” adı ilə formalaşdırdığı ictimai obraz ciddi müzakirə mövzusuna çevrilib.

İndi isə redaksiyaya onun ailə bağları və “Elşən oğlu” kimi qeyd edilən ata adı ilə bağlı yeni məlumatlar daxil olub.

Ortaya çıxan iddialar təsdiqlənərsə, “David Seliverstov” bir şəxsin sonradan özünə xarici ad-soyad seçməsi məsələsi kimi yox, tam bir kimlik zənciri kimi araşdırılmalı olacaq. Redaksiyaya daxil olan məlumatlara görə, “David Seliverstov” kimi tanınan Kazım Abbasovun bioloji atasının adı Raufdur. Məlumata görə, Kazımın sənədlərdəki “Elşən oğlu” ata adı isə onun bioloji atasına deyil, xalası əri olan Elşən adlı şəxslə bağlıdır.

Başqa sözlə, ortaya çıxan məlumatların rəsmi sənədlərlə təsdiqlənməsi halında çox ciddi sual meydana çıxır.

Kazım Abbasov niyə öz bioloji atasının adı ilə deyil, xalası ərinin adı ilə rəsmiləşdirilib?

Əgər təqdim edilən məlumatlar təsdiqlənərsə, Kazım Abbasovun həyatında “ad dəyişiklikləri”nin və fərqli kimliklərdən istifadənin yalnız “David Seliverstov” mərhələsi ilə başlamadığı barədə daha geniş araşdırma aparılmalıdır. Bir tərəfdə Raufun oğlu Kazım, digər tərəfdə sənədlərdə Kazım Elşən oğlu Abbasov var. Bu da son deyil – sonra isə ictimaiyyət qarşısına çıxarılan “David Seliverstov” evolusiyası da mövcuddur.

Bu zəncirin hansı hissəsinin hansı hüquqi sənədlə formalaşdığına aydınlıq gətirilməsi artıq ictimai maraq doğuran məsələdir.

Redaksiyaya daxil olan digər məlumatlar isə Kazım Abbasovun bioloji atası olduğu bildirilən Rauf adlı şəxsin keçmişi ilə bağlıdır. Mənbələrin bildirdiyinə görə, həmin şəxs kriminal çevrələrdə daha çox “Canavar Rauf” ləqəbi ilə tanınıb. Redaksiyaya təqdim olunan məlumatlarda “Canavar Rauf”un cibgirliklə məşğul olduğu və bu əməllərə görə müxtəlif dövrlərdə dəfələrlə məhkum edildiyi iddia olunur. Bu iddiaları hələlik müvafiq arxiv sənədləri və məhkəmə hökmləri ilə təsdiqləmək mümkün olmasa da, məsələ araşdırılmalıdır. Əgər həmin məlumatlar rəsmi arxiv sənədləri ilə təsdiqlənərsə, “David Seliverstov” kimi tanınan şəxsin ailə keçmişi ilə bağlı tamamilə yeni faktlar ortaya çıxacaq.

Burada məqsəd heç kəsi atasının və ya yaxın qohumunun əməlinə görə məsuliyyətə cəlb etmək deyil. Cinayət məsuliyyəti fərdidir. Amma öz keçmişi, kimliyi və ictimai təqdimatı ilə bağlı çoxsaylı suallar doğuran bir şəxsin bioqrafiyasının araşdırılması zamanı onun özünü hansı ailə və kimlik məlumatları ilə təqdim etməsi, bu məlumatların sənədlərlə nə dərəcədə uyğun gəlməsi əlbəttə ki, ictimai əhəmiyyət daşıyır.

Musavat.com-un daha əvvəl dərc etdiyi, məhkəmə sənədlərinə əsaslanan araşdırmalarda “David Seliverstov” adı ilə tanınan şəxsin Kazım Elşən oğlu Abbasov olduğu göstərilib. Həmin araşdırmalarda Kazım Abbasovun müxtəlif cinayət işləri üzrə məhkumluqları və onunla bağlı məhkəmə hökmləri ictimaiyyətə təqdim olunub. Beləliklə, artıq söhbət yalnız sosial şəbəkələrdə yayılan iddialardan getmir. Məhkəmə sənədlərində Kazım Elşən oğlu Abbasov var, bir də özünü ictimaiyyətə “David Seliverstov” kimi təqdim edən Kazım var. İndi isə Kazımın bioloji atasının Rauf, “Elşən” adının isə xalası əri ilə bağlı olduğu iddiası da ortadadır.

Kazımın əsl ailə kimliyi necədir? Onun “Elşən oğlu” kimi rəsmiləşdirilməsinin hüquqi əsası nə olub? Bioloji atası Rauf idisə, bu məlumat doğum sənədlərində necə əks olunub? “Elşən” adı hansı əsasla onun rəsmi ata adı kimi müəyyənləşib? Kazım Abbasovun “David Seliverstov” kimliyinə keçidi əvvəlki kimlik zəncirinin davamıdırmı?

“David Seliverstov” məsələsində diqqət çəkən əsas məqam təxəllüs deyil. Əsas ictimaiyyət üçün uydurulan bu ad-soyaddan hansı məqsədlər üçün istifadə olunmasıdır. Bu ad-soyadla yaradılan obrazın kimə lazım olmasıdır. Onun keçmişi, adı, soyadı, atasının adı, ictimai fəaliyyəti və müxtəlif dairələrdə formalaşdırdığı imic ətrafında bir-birini tamamlayan ciddi suallar yaranıb.

İndi bu zəncirə “Canavar Rauf” adı ilə tanındığı iddia edilən bioloji ata və “Elşən” adlı xalası əri ilə bağlı məlumatlar da əlavə olunur. Əgər bu faktlar rəsmi sənədlərlə təsdiqlənərsə, qarşıda çox maraqlı mənzərə ortaya çıxacaq – “Canavar Rauf”un oğlu Kazım, sənədlərdə Elşən oğlu, ictimaiyyətdə isə “David Seliverstov”!

Bu, bir şəxsin real bioqrafiyası ilə ictimaiyyətə təqdim olunan bioqrafiyası arasında mümkün fərqlərin araşdırılması məsələsidir. Əsas sual da budur ki, bu fərqlər niyə yaradılıb? “Canavar Rauf”un oğlu Kazım Abbasov necə “Elşən oğlu” oldu, sonra isə “David Seliverstov”a çevrilib “beynəlxalq hüquq müdafiəçisi” qismində ortalığa çıxarıldı? “Canavar Rauf”un özündən beşbetər kriminal keçmişli oğlunu Azərbaycan ictimai rəyinə kimlər və hansı məqsədlə pərçimləyib? Məqsəd nə olub?

Paylaş: