Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Görüşündə iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkekə gedən İran Prezidenti Məsud Pezeşkianın qızı ilə danışığı diqqət çəkib. Primeinfo.az xəbər verir ki, Pezeşkian Bişkekdəki rəsmi qarşılanma zamanı qızına Azərbaycan dilində müraciət edib. “Zəhra, bura gəl!
Şanxay Əməkdaşlıq Təşkilatının Bişkəkdə sammiti ilə yanaşı təşkilat üzvlərinin və tərəfdaş dövlətlərin liderlərinin ikitərəli görüşləri də diqqət çəkir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkek şəhərindəki “Irıs Ordo” Konqres Mərkəzinə gəlib.
BMT dünya nizamında mərkəzi rolunu gələcəkdə də saxlamalıdır. Primeinfo.az-ın verdiyi xəbərə görə, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin “ŞƏT plyus” formatında görüşdəki çıxışı zamanı deyib. O bildirib ki, BMT səkkiz onillik ərzində dialoq, diplomatiya və əməkdaşlıq üçün unikal platforma rolunu oynayıb.
Cənubi Qafqaz sülh zonasına çevrilir. Primeinfo.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “ŞƏT plyus” formatında görüşdəki çıxışı zamanı deyib. “Bir ildən bir qədər əvvəl Azərbaycan və Ermənistan 30 ildən artıq davam edən münaqişəyə sülh sazişinin mətnini paraflamaqla son qoyublar.
“ŞƏT plyus” gələcək beynəlxalq nizamın formalaşmasında mühüm rol oynayan dövlətlər arasında dialoq və əməkdaşlıq platformasına çevrilə bilər. Primeinfo.az-ın verdiyi xəbərə görə, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian “ŞƏT plyus” formatında görüşdəki çıxışı zamanı deyib. İran Prezidenti bildirib ki, “ŞƏT plyus” formatı geniş coğrafi əhatəyə, əhəmiyyətli siyasi və iqtisadi potensiala malikdir.
Orta Dəhlizin Azərbaycan üzərindən “Bir kəmər, bir yol” təşəbbüsü ilə uzlaşdırılaraq inkişaf etdirilməsinə çalışırıq. Primeinfo.az-ın verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “ŞƏT plyus” formatında görüşdəki çıxışı zamanı deyib. Türkiyə Prezidenti bildirib ki, ölkəsi Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Qərb bazarlarına çıxışının təmin edilməsində mühüm rol oynayır.
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çoxqütblü dünya nizamının formalaşdırılması istiqamətində konkret addımlar atmalıdır. Primeinfo.az-ın verdiyi xəbərə görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “ŞƏT plyus” formatında görüşdəki çıxışı zamanı deyib. “İnsanlar bizdən çoxqütblülük istiqamətində konkret addımlar gözləyirlər.
Bişkekdə dövlət və hökumət başçılarına Qırğızıstan Prezidenti adından ziyafət verilib. Primeinfo.az xəbər verir ki, ziyafətdə Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ifa edilib. Sözügedən ziyafətdən görüntüləri təqdim edirik:
Prezident İlham Əliyevin sosial media hesablarında Bişkekdə “ŞƏT plyus” formatında görüş çərçivəsində dövlət və hökumət başçıları ilə görüşündən görüntülər paylaşılıb.