Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin başçılarının danışıqlarının yekununda 30-dan çox sənəd imzalanıb. Primeinfo.az xəbər verir ki, imzalanan sənədlər sırasında Bişkek Bəyannaməsi, əvvəllər qəbul edilmiş qərarlara dəyişiklik və əlavələrin edilməsi ilə bağlı sənədlər, həmçinin ümumi təhlükəsizlik məsələlərinə dair bəyanatlar yer alır. Hazırkı sammit Qırğızıstanın 2025-2026-cı illərdə ŞƏT-ə sədrliyi çərçivəsində keçirilir və təşkilatın 25 illiyinə həsr olunub.
İran Prezidenti Məsud Pezeşkian terrorizm, ekstremizm və yeni təhlükəsizlik təhdidlərinə qarşı mübarizə aparmaq üçün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) institusional və ekspert potensialının gücləndirilməsinin vacibliyini bildirib. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Məsud Pezeşkian Bişkekdə keçirilən ŞƏT Sammitində bildirib. Onun sözlərinə görə, güc tətbiqinə əsaslanan yanaşmaların davam etdirilməsi təkcə ayrı-ayrı dövlətlərin təhlükəsizliyinə deyil, həm də bütövlükdə regionun və dünyanın sabitliyinə təhdid yaradır.
Prezident İlham Əliyevin Qırğızıstanın Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) “plyus” formatında görüşdə çıxışı gözlənilir. Primeinfo.az-ın məlumatına görə, bu barədə “Report”un Bişkekə ezam olunan əməkdaşı xəbər verir. Qeyd edək ki, Prezident İlham Əliyev ŞƏT tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğızıstana işgüzar səfər edib.
Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinin keçirilməsi ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib. Primeinfo.az “МИР 24” telekanalına istinadən xəbər verir ki, 21 ölkədən nümayəndə heyətinin gəldiyi Bişkekdə Qırğızıstanın daxili işlər orqanları, Müdafiə Nazirliyi, FHN və digər idarələrin 15 minə yaxın əməkdaşı gücləndirilmiş iş rejimində xidmət edir. Məlumata görə, Qırğızıstan paytaxtında yollar boyunca, otellərin və əsas tədbir yerlərinin yaxınlığında mühafizə postları qurulub.
Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilir.
İran Prezidenti Məsud Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Qırğızıstana səfər edib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, İran Prezidenti Qırğızıstanın paytaxtı Bişkekə yola düşüb. Səfərin iki gün davam edəcəyi bildirilir.