Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: yanğın

Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə olunub - VİDEO

Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə olunub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Xətai rayonu, M.Hadi küçəsi, 68A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən Primeinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub. FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Lökbatanda yanğında tüstüdən zəhərlənənlərin son durumu

Lökbatanda yanğında tüstüdən zəhərlənənlərin son durumu

Bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən yanğınla əlaqədar 8 nəfər şəxs (2 kişi, 6 qadın) tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, onların hər birinə zəruri tibbi yardım göstərilib.

Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə olunub - VİDEO

Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə olunub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Görülmüş operativ tədbirlər sayəsində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda şirniyyat mağazasında yanğın - VİDEO

Bakıda şirniyyat mağazasında yanğın - VİDEO

Paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində mağazada olub. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

İsmayıllıda istirahət mərkəzində yanğın olub

İsmayıllıda istirahət mərkəzində yanğın olub

İsmayıllıda istirahət mərkəzində yanğın baş verib. Primeinfo.az xəbər verir ki, yanğın hadisəsi rayonun Diyallı kənd ərazisində, “Qızıl qaya” istirahət mərkəzində olub. Yanğın yerinə İsmayıllı rayon YMH nin yanğınsöndürənləri cəlb olunub.

Binəqədidə dördotaqlı ev yandı - FHN

Binəqədidə dördotaqlı ev yandı - FHN

Binəqədidə dördotaqlı ev yanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə hallar Nazirliyi məlumat yayıb. Bildirilir ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.