Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyədə meşə yanğını - Əhali təxliyə olunur

22.07.2026 18:46

Türkiyədə meşə yanğını - Əhali təxliyə olunur

Türkiyənin Afyonkarahisar, Antalya və Muğla vilayətlərində meşə yanğınları başlayıb.

Primeinfo.az xəbər verir ki, Antalya şəhərinin Kepez rayonunun Çamlıca məhəlləsində baş verən yanğının söndürülməsinə havadan və qurudan müdaxilə edilir.

Antalya Meşə Regional İdarəsinin məlumatına görə, yanğının söndürülməsinə 5 helikopter, 4 yanğınsöndürən təyyarə, 12 xüsusi texnika, 4 su təchizatı maşını və 4 ilkin müdaxilə avtomobili cəlb olunub.

Təhlükə səbəbindən bölgədəki bəzi evlər təxliyə edilib.

Hazırda Muğlanın Fethiye və Afyonkarahisarda baş verən meşə yanğınlarının söndürülməsi istiqamətində də işlər davam etdirilir.

Paylaş: