
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində açıq ərazidə baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) isə yanğın səbəbindən “Biləcəri” dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətin aradan qaldırıldığını açıqlayıb.
***
21.09
Paytaxtın Yasamal rayonunda Kənar Dairəvi yolda baş verən yanğın səbəbindən nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Kənar Dairəvi yolun kənarında yerləşən otluq ərazidə yanğın baş verib. Sürücülərin təhlükəsizliyinin təmin olunması məqsədilə yol polisi tərəfindən “Biləcəri” dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.
Sürücülərə alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.



