Xəbər axtarın

Son axtarış nəticələri:

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb

28.07.2026 17:00

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qazaxlar, Cəbrayıl rayonunun Çaxırlı və Mehdili kəndləri istiqamətlərində açıq ərazidə yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

Primeinfo.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatlarla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Ərazilərin minalanmış və havanın küləkli olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.

Hazırda yanğınların söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

Paylaş: