
Yunanıstanın Psate kəndində meşə yanğınlarının söndürülməsi zamanı iki helikopter toqquşub.
Primeinfo.az xəbər verir ki, bu barədə “Naftemporiki” nəşri məlumat yayıb.
Məlumata görə, helikopterlərin hər birinin göyərtəsində iki nəfər olub. Toqquşmadan sonra hər iki hava gəmisi yerə düşüb. Helikopterlərdən biri məcburi eniş edə bilib, onun heyəti təhlükəsiz şəraitdə çıxarılaraq həkimlərə təhvil verilib. Tapılan ikinci helikopterin yerində isə hazırda axtarış-xilasetmə əməliyyatı aparılır. Həmin heyətin taleyi barədə hələlik rəsmi məlumat verilmir.
Qeyd edək ki, iyun ayında Rioda da oxşar hadisə baş vermiş, iki helikopterin toqquşması nəticəsində 6 nəfər, o cümlədən 32 yaşlı amerikalı musiqiçi Oliver Tri həlak olmuşdu.