Ötən gecə Ukrayna Rusiyanın ən böyük 5 neft emalı zavodu sırasında olan müəssisəyə zərbə endirib. Primeinfo.az xəbər verir ki,söhbət Rusiyanın Nijni Novqorod vilayətindəki Kstovo NEZ-dən gedir. Gecə yarısından zavodda hücum nəticəsində baş verən yanğının görüntüləri sosial mediada geniş yayılmağa başlayıb.
Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələr endirməyi dayandırmağa heç vaxt razılaşmayıb. Primeinfo.az xəbər verir ki,bu barədə Ukrayna rəsmiləri “The Kyiv Independent” nəşrinə məlumat veriblər. Qeyd olunur ki, bundan əvvəl Qərb mediası öz mənbələrinə istinadən Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumlarda fasilə verməyə razılıq verdiyini yazmışdı.
Pilotsuz uçuş aparatlarının (PUA) Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərindəki neft emalı zavoduna hücumu nəticəsində müəssisədə güclü yanğın başlayıb. Primeinfo.az xəbər verir ki,bu barədə Rusiya və Ukraynanın monitorinq kanalları məlumat yayıb. Yerli sakinlərin sözlərinə görə, bu gün səhər saatlarında Ufada bir neçə partlayış səsi eşidilib.
Rusiya Federasiyasının Rostov vilayətində yerləşən Novoşaxtinsk Neft Emalı Zavodunun (NPU) neft terminalı pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumuna məruz qalıb.
ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini Rusiyadakı neft emalı zavodlarına (NEZ) hücumları dayandırmağa çağırıb, çünki bu, dünya bazarlarında dizel yanacağı qıtlığı təhlükəsi yaradır. Primeinfo.az “Fох News”a istinadən xəbər verir ki, Tramp bu barədə İrlandiya Açıq Çempionatında jurnalistlərlə söhbəti zamanı deyib. “Cənab Zelenski bir şey etməlidir.
Hücumların hədəfləri arasında Krasnodar diyarındakı hərbi aerodrom və Leninqrad vilayətindəki neft emalı zavodu olub.
Ukrayna silahlı qüvvələri Rusiyanın İlski neft emalı zavoduna hücum edib.
Ukrayna Rusiyanın Saratov bölgəsinə kütləvi dron hücumu təşkil edib.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın hərbi infrastrukturuna qarşı uzaqmənzilli zərbələri davam etdirdiyini bildirib. Primeinfo.az xəbər verir ki, Zelenski bu barədə “Telegaram”da paylaşım edib. Onun sözlərinə görə, Rusiya bayrağı altında üzən, tutumu 100 min tondan çox olan və sanksiyalar siyahısında yer alan “Yanina” konteyner gəmisi vurularaq batırılıb.
Ukrayna ötən gecə Rusiyanın yanacaq-enerji kompleksinə zərbələri davam etdirib. Primeinfo.az xəbər verir ki, bu dəfə hədəf Krasnodar diyarındakı Slavyansk şəhərindəki neft emalı zavodu olub. Zavodda bir neçə güclü partlayış baş verib, yanğın başlayıb.