Xəbər axtarın

Son axtarış nəticələri:

Ukrayna Saratovda neft zavodu və aerodromu vurdu

02.08.2026 14:45

Ukrayna Saratovda neft zavodu və aerodromu vurdu

Ukrayna Rusiyanın Saratov bölgəsinə kütləvi dron hücumu təşkil edib.

Primeinfo.az xəbər verir ki, hücum nəticəsində Saratov neft emalı zavodunda güclü yanğın başlayıb.

Regionda yerləşən Engels hərbi aerodromu da hədəf olub. Orada da yanğın baş verib.

Regional qubernator Roman Busargin dron hücumlarının nəticələrini təsdiqləyib: “Dron hücumu Saratov və Engelsdə mülki infrastruktura ziyan vurub. Bütün təcili yardım xidmətləri hadisə yerində işləyir”.

Paylaş: