Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Bakı-Tbilisi qatarı

Sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı 4-ə çatdırılır - FOTO

Sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı 4-ə çatdırılır - FOTO

Azərbaycan Dəmir Yolları (ADY) beynəlxalq istiqamətdə artan sərnişin tələbatının qarşılanması və səyahət imkanlarının genişləndirilməsi məqsədilə 1 noyabr 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçirəcək. Primeinfo.az xəbər verir ki,reyslərin artırılması nəticəsində sərnişin yerlərinin sayı 386-dan 564-ə çatdırılır. Bu isə 50 faizə yaxın artım deməkdir.

Bakı-Tiflis qatarının qarşısına çıxan gənc öldü - YENİLƏNİB

Bakı-Tiflis qatarının qarşısına çıxan gənc öldü - YENİLƏNİB

Bu gün gecə saat 2 radələrində Zəyəm-Dəllər sahəsində 135 km/saat sürətlə hərəkətdə olan Tbilisi-Bakı qatarının qarşısına qəflətən bir nəfər kişi çıxıb. Primeinfo.az-ın məlumatına görə, Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev APA-ya bildirib ki, maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub və həmin şəxs həyatını itirib. ADY bir daha vətəndaşları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən istifadə etməklə keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır.

Bakı–Tiflis–Bakı marşrutuna bilet satışının müddəti artırıldı - ADY

Bakı–Tiflis–Bakı marşrutuna bilet satışının müddəti artırıldı - ADY

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Tiflis–Bakı beynəlxalq marşrutu üzrə sərnişin məmnuniyyətinin daha da artırılması, yüksək tələbatın daha səmərəli qarşılanması və səfərlərin əvvəlcədən planlaşdırılması imkanlarının genişləndirilməsi məqsədilə bilet satış müddətini artırır. Primeinfo.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyəti məlumat yayıb. Qeyd edilib ki, yeni tətbiq olunan mexanizmə əsasən, satış müddəti birdəfəlik deyil, mərhələli şəkildə artırılır.

Tətilə gedənlərin NƏZƏRİNƏ: Bakı-Tiflis-Bakı qatarına əlavə vaqon qoşulacaq

Tətilə gedənlərin NƏZƏRİNƏ: Bakı-Tiflis-Bakı qatarına əlavə vaqon qoşulacaq

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) yüksək sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı-Tbilisi-Bakı qatarı ilə sərnişindaşıma imkanlarını genişləndirir. Primeinfo.az-a bu barədə ADY-dən məlumat verilib. Bildirilib ki, tətil və məzuniyyətlər dövrü olan yay mövsümündə qatarla səyahətə tələbatın daha da artması ilə 11 iyundan etibarən Bakıdan və 12 iyundan Tbilisidən hərəkət edən qatarlara əlavə vaqon qoşularaq daha çox sərnişinin daşınması təmin ediləcək.