Xəbər axtarın

Son axtarış nəticələri:

Tətilə gedənlərin NƏZƏRİNƏ: Bakı-Tiflis-Bakı qatarına əlavə vaqon qoşulacaq

10.06.2026 11:08

Tətilə gedənlərin NƏZƏRİNƏ: Bakı-Tiflis-Bakı qatarına əlavə vaqon qoşulacaq

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) yüksək sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı-Tiflis-Bakı qatarı ilə sərnişindaşıma imkanlarını genişləndirir.

Primeinfo.az-a bu barədə ADY-dən məlumat verilib.

Bildirilib ki, tətil və məzuniyyətlər dövrü olan yay mövsümündə qatarla səyahətə tələbatın daha da artması ilə 11 iyundan etibarən Bakıdan və 12 iyundan Tiflisdən hərəkət edən qatarlara əlavə vaqon qoşularaq daha çox sərnişinin daşınması təmin ediləcək.

“Biletləri dəmiryol kassaları, ADY-nin rəsmi saytı və “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz”, – məlumatda qeyd edilib.

Tətilə gedənlərin NƏZƏRİNƏ: Bakı-Tiflis-Bakı qatarına əlavə vaqon qoşulacaq

Paylaş: