Bakı–Tiflis reysi ilə Gürcüstana səfər edən sərnişinlər üçün tələb olunan səyahət sığortasının əldə olunma qaydası açıqlanıb. Primeinfo.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən (ADY) verilən xəbərə görə, sığortanı vətəndaşlar seçdikləri sığorta şirkəti vasitəsilə birbaşa və ya onlayn qaydada, həmçinin Bakı və Gəncə dəmiryol vağzallarında fəaliyyət göstərən sığorta agentlərindən əldə edə bilərlər. Qeyd olunub ki, Gürcüstan qanunvericiliyinə əsasən, 2026-cı il yanvarın 1-dən etibarən bu ölkəyə istənilən nəqliyyat vasitəsi ilə səfər edən xarici vətəndaşlar üçün icbari səyahət sığortası tətbiq ediləcək.
Bakı-Tiflis-Bakı reyslərində komfort və komfort-plus sinifləri üzrə çəkisi 23 kq-dan (Lüks sinifdə 30 kq-dan) çox olmayan 1 ədəd baqajı pulsuz aparmaq mümkün olacaq.
Bakı–Tbilisi–Bakı marşrutu üzrə hərəkət edən qatarlar fiziki məhdudiyyətli sərnişinlərin maneəsiz səyahəti üçün inklüzivlik imkanlar yaradılıb. Bu barədə Primeinfo.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib. Bildirilib ki, həmçinin qatarlarda rahat hərəkət üçün geniş və xüsusi dizayn edilmiş oturacaqlar, uyğunlaşdırılmış duş kabinləri və xüsusi panduslar və tutacaqlar olacaq.
Bakı-Tbilisi-Bakı marşrutu üzrə qısa müddətdə 1000-dən çox bilet satılıb. Bu barədə Primeinfo.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib. Bildirilib ki, ümumilikdə Bakıdan 400, Tbilisidən isə 500-dən artıq bilet satışı qeydə alınıb.
Bakı-Tbilisi-Bakı qatar reysi üzrə bilet satışı başlayıb. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
“Mayın 26-da fəaliyyətə başlayacaq Bakı–Tbilisi–Bakı marşrutu üzrə ADY-nin yataq tipli vaqonlardan ibarət müasir qatarları hərəkət edəcək. Marşrut üzrə qatarlarda sərnişinlərə komfort, komfort+ və lüks olmaqla üç sinif üzrə xidmət göstəriləcək”. Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib.
Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq
Bakıdan Tbilisiyə sərnişin qatarlarına bilet satışı ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək. Bu barədə Primeinfo.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Bildirilib ki, hazırda Bakı-Tbilisi-Bakı qatarının bərpası üzrə texniki və təşkilati məsələlərlə bağlı işlər aparılır.
Bakı ilə Tbilisi arasında gündəlik sərnişin dəmiryol nəqliyyatı 6 illik fasilədən sonra mayın 26-da bərpa olunacaq.