
Bakı-Tiflis-Bakı reyslərində komfort və komfort-plus sinifləri üzrə çəkisi 23 kq-dan (Lüks sinifdə 30 kq-dan) çox olmayan 1 ədəd baqajı pulsuz aparmaq mümkün olacaq.
Primeinfo.az bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (ADY) istinadən məlumat verir.
Bildirilib ki, kiçik əl yükü üçün də ödəniş tələb olunmur.
Pulsuz aparıla bilən əşyalara qatlanan uşaq arabası da daxildir. Komfort-plus kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını həm də açıq vəziyyətdə daşıya bilərlər.
Qeyd edək ki, marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gedişhaqqı 81 manatdır.
İlk qatar Bakı Dəmiryol Vağzalından 25 may saat 23:10-da hərəkətə başlayacaq.