Xəbər axtarın

Son axtarış nəticələri:

Bakı-Tiflis reysi ilə gedənlər üçün səyahət sığortası məcburi olacaq

25.05.2026 21:00

Bakı-Tiflis reysi ilə gedənlər üçün səyahət sığortası məcburi olacaq

Bakı–Tiflis reysi ilə Gürcüstana səfər edən sərnişinlər üçün tələb olunan səyahət sığortasının əldə olunma qaydası açıqlanıb.

Primeinfo.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən (ADY) verilən xəbərə görə, sığortanı vətəndaşlar seçdikləri sığorta şirkəti vasitəsilə birbaşa və ya onlayn qaydada, həmçinin Bakı və Gəncə dəmiryol vağzallarında fəaliyyət göstərən sığorta agentlərindən əldə edə bilərlər.

Qeyd olunub ki, Gürcüstan qanunvericiliyinə əsasən, 2026-cı il yanvarın 1-dən etibarən bu ölkəyə istənilən nəqliyyat vasitəsi ilə səfər edən xarici vətəndaşlar üçün icbari səyahət sığortası tətbiq ediləcək.

“Sözügedən sənəd ADY-nin əməkdaşları tərəfindən deyil, Gürcüstan sərhədində bu ölkənin dəmiryol əməkdaşları tərəfindən yoxlanılacaq. Sərnişinlərdən səyahət sığortası sənədini özləri ilə götürmələri xahiş olunur”, – deyə məlumatda bildirilir.

Paylaş: