Xəbər axtarın

Son axtarış nəticələri:

Bolqarıstanda hərbi zavodda bir ay ərzində ikinci partlayış olub

12.09.2026 10:15

Bolqarıstanda hərbi zavodda bir ay ərzində ikinci partlayış olub

Bolqarıstanda “Emko” hərbi zavodunun anbarlarında yanğın və partlayışlar baş verib.

Primeinfo.az xəbər verir ki, bu barədə “Nova” telekanalı yerli administrasiyanın bəyanatına istinadən məlumat yayıb.

Hadisə sentyabrın 12-nə keçən gecə Tryavna şəhərinin yaxınlığında, Tsareva-Livada kəndi yaxınlığında baş verib. Kanalın məlumatına görə, xəsarət alan yoxdur, anbarların mühafizə heyəti təxliyə edilib. Əhalinin həyatı üçün heç bir təhlükə yaranmayıb.

İnsidentlə əlaqədar Bolqarıstanda fövqəladə hallar üzrə milli xəbərdarlıq sistemi aktivləşdirilib. Bu, hərbi zavodda bir ay ərzində baş verən ikinci partlayışdır. Birinci partlayış avqustun 10-da Tryavna yaxınlığındakı Belitsa kəndində baş verib. İlkin məlumata görə, yük maşını yanıb, həmçinin sursat anbarlarından birində yanğın baş verib.

Paylaş: