
Xarici işlər naziri Ceyhun Bayramov ABŞ Prezidenti Donald Trampın ev sahibliyi keçirilən qəbulda iştirak edib.
Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi “X”də məlumat yayıb.
Qəbul 8 avqustda keçirilmiş Vaşinqton Sammiti və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasından sonra Azərbaycan-ABŞ ərəfdaşlığının genişləndiyi dövrə təsadüf edir.
“Biz nəqliyyat, enerji, ticarət və investisiya sahələri də daxil olmaqla, əməkdaşlığın daha da genişləndirilməsini səbirsizliklə gözləyirik”, – Azərbaycan XİN qeyd edib.