
Bu gün saat 09:30-da Bakı-Şamaxı yolunun 93-cü kilometrliyində xidmət aparan Yol Patrul Xidməti Alayının III taqımının əməkdaşları hərəkətdə olan “Ford” markalı avtomobildə tüstüləmə müşahidə edib.
Primeinfo.az xəbər verir ki, stasionar postda saxlanılan avtomobildə yanğın başladığından, dərhal sürücü Kənan Abdullayev və səhhətində problem olan atası nəqliyyat vasitəsindən kənarlaşdırılıblar.
Alay əməkdaşlarının çevikliyi sayəsində şiddətlənən alov söndürülüb, avtomobilin tamamilə yanaraq sıradan çıxmasının qarşısı alınıb.