Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycana payız gəldi

23.09.2026 10:57

Azərbaycana payız gəldi

Azərbaycanda payız fəsli başlayıb.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Primeinfo.az-a verilən xəbərə görə, bu an “payız bərabərliyi” adlanır.

Beləliklə, şimal yarımkürəsində astronomik payız, cənub yarımkürəsində isə astronomik yaz başlayıb.

Bundan sonra Şimal yarımkürəsində gündüzlər tədricən qısalır, gecələr isə uzanmağa başlayır.

2026-cı ildə astronomik payız 89 gün 21 saat 45 dəqiqə 1 saniyə davam edəcək və 22 dekabrda baş verəcək qış günəşduruşu ilə başa çatacaq. Həmin andan etibarən Şimal yarımkürəsində astronomik qış, Cənub yarımkürəsində isə astronomik yay başlayacaq.

Paylaş: