
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “NewsMax” nəşrinə müsahibəsini paylaşıb.
Primeinfo.az xəbər verir ki, ABŞ lideri məqaləni “Truth Social” şəbəkəsində dərc edib.
Post “Azərbaycanın Hacıyevi NewsMax-a: Tramp sülh qurucusudur, İranla razılaşma mümkündür” başlığı ilə dərc edilib.
Qeyd edək ki, Hikmət Hacıyev sözügedən nəşrə müsahibəsində ABŞ Prezidenti Donald Trampın Azərbaycan-Ermənistan arasında sülh yönündə prosesindəki rolundan, Vaşinqton-Bakı münasibətlərinin yeni mərhələsindən bəhs edib.
O, həmçinin İranla bağlı diplomatik həll imkanlarına, Azərbaycan-İsrail əlaqələrinə, Rusiya-Ukrayna müharibəsinə və rəsmi Bakının bu məsələlərdə mümkün roluna toxunub. H.Hacıyev Azərbaycanın enerji imkanları və ABŞ ilə strateji tərəfdaşlığının perspektivləri barədə də fikirlərini bölüşüb.