Xəbər axtarın

Son axtarış nəticələri:

Hikmət Hacıyev: "Azərbaycan və Çin arasında kibertəhlükəsizlik məsələlərini müzakirə etdik" - FOTO

24.04.2026 22:10

Hikmət Hacıyev: "Azərbaycan və Çin arasında kibertəhlükəsizlik məsələlərini müzakirə etdik" - FOTO

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çin Xalq Respublikasının Kibermühit Administrasiyasının rəhbəri Cuan Junvenlə görüşüb.

Primeinfo.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” hesabında bildirib.

Görüş zamanı Azərbaycan və Çin arasında kibertəhlükəsizlik məsələləri müzakirə edilib.

“Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığa əsasən, rəqəmsal inkişaf və sosial media sahəsində, eləcə də dezinformasiya və dipfeyklərə qarşı mübarizə üzrə ikitərəfli əməkdaşlığı müzakirə etdik”, – Hikmət Hacıyev qeyd edib.

Paylaş: