
“ABŞ-İran savaşında hələ ki qalib və məğlub tərəf yoxdur. Doğrudur, İran kifayət qədər zəifləyib, amma öz hərbi potensialını tam itirməyib və cavab zərbələri üçün raket və PUA-ları mövcuddur. ABŞ isə yaranmış zamandan istifadə edərək ehtiyatlarını da bərpa edə bildi”.
Primeinfo.az xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
“Səudiyyə Ərəbistanı istiqamətində isə atəş səsləri səngimir. Səudiyyə zamanında Husilərə bu qədər sərbəstlik verməyinin indi cəzasını çəkir”, – deyə o əlavə edib.
Davamı “Qırmızı masa”da: